Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

ƏLAQƏ

Ünvan: AZ 1001, Bakı şəhəri, Həsən Əliyev, 135, II saylı tədris binası

ƏMƏKDAŞLAR

Mərkəzin rəhbəri:
dos. Əhmədov Fariz Saleh oğlu
Əlaqə telefonu:
+(994) 12 449-91-13
e-mail:
[email protected]

Rəhbər müavini:
i.f.d. dos. Hüseynli Aytən Təyyar qızı
Əlaqə telefonu:
+(994) 12 440-66-32
e-mail:
[email protected]

Maliyyə və mühasibat fakültəsi

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Elmi Şurası

– Mərkəzin Elmi Şurasının (bundan sonra – Elmi Şura) tərkibi və onun tərkibində bütün dəyişikliklər Mərkəz direktorunun təqdimatı əsasında Rektorun əmri ilə təsdiq edilir.
– Elmi Şuranın səlahiyyət müddəti 5 ildir.
– Elmi Şuranın işi hər tədris ili üçün işlənib hazırlanan plan üzrə yerinə yetirilir.
– Elmi Şura onun üzvlərinin 2/3-dən az olmayan hissəsi iclasda iştirak etdiyi halda
qərar qəbul etmək hüququna malikdir. Elmi Şuranın qərarları iclasda iştirak edən üzvlərin sadə
səs çoxluğu ilə qəbul edilir.
– Elmi Şuranın qərarları Elmi Şuranın Sədri – Mərkəzin Direktoru, tərəfindən
imzalanması ilə qüvvəyə minir. Elmi Şuranın qərarları Mərkəzin bütün işçiləri və Mərkəzdə təhsil
alan bütün magistrantlar və doktorantlar üçün məcburidir. Mərkəzin Elmi Şurasının qərarları
Rektorun təqdimatı əsasında Universitetin Elmi Şurasının əsaslandırılmış qərarı ilə ləğv edilə
bilər.
– Elmi Şura ayrı-ayrı məsələlər üzrə qərarların qəbulunu Mərkəzin digər struktur
vahidlərinə həvalə edə bilər.
– Elmi Şuranın iclasları açıq keçirilir. Mərkəzin hər bir işçisi Elmi Şuranın iclaslarında qərarların qəbulu zamanı səs hüququ olmadan iştirak edə bilər. Digər şəxslər Elmi Şuranın
iclaslarında xüsusi dəvət əsasında iştirak edə bilərlər.
– Elmi Şuranın hüquqları aşağıdakılardır:
– Mərkəzin qarşıya qoyduğu hədəflər istiqamətində təhsil və tədris fəaliyyətinə kömək
göstərilməsi, illik tədris proqramlarının təsdiq edilməsi, fənn proqramlarının təsdiqi, Mərkəzin
əməkdaşları tərəfindən hazırlanmış dərs vəsaitlərinin, monoqrafiyaların və tədqiqat işlərinin
nəşrə tövsiyə edilməsi ilə bağlı qərarların qəbul edilməsi;
– Mərkəzdə tədris və elmi-tədqiqat fəaliyyətinin təşkili ilə bağlı qaydaların, planların, proqramların və tədris təqviminin təsdiq edilməsi;
– Tədris planlarının və proqramlarının layihələrinin hazırlanması, kafedraların tədrismetodiki və elmi-tədqiqat işləri haqqında hesabatlarının müzakirəsi və qiymətləndirilməsinin
həyata keçirilməsi;
– Magistr pilləsi üzrə elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin nəticələrinin
müzakirə edilməsi;
– Mərkəz üzrə seçkili vəzifələrə dair seçki iclaslarının təşkili və elmi adların verilməsi üçün Universitet Elmi Şurası qarşısında vəsatətin qaldırılması;
– Mərkəzdə mütəxəssis hazırlığının və elmi-tədqiqat fəaliyyətinin vəziyyətinin təhlili;
– Magistrantların elmi-tədqiqat işlərinə cəlb edilməsi;
– Hər bir tədris ilinin sonunda Mərkəz direktorunun hesabatının dinlənilməsi və
qiymətləndirilməsi;
– Mərkəzin fəaliyyətinin müxtəlif sahələrində işlərin təkmilləşdirilməsi üçün
komissiyalar və işçi qruplar yaradılması barədə qərarların qəbul edilməsi;
– Mərkəzin səlahiyyətinə aid edilmiş və ya cari fəaliyyəti ilə bağlı olan digər
məsələlərə baxılması və müvafiq qərarların qəbul edilməsi;
– Mərkəzi Elmi Şurası aşağıdakı vəzifələri həyata keçirir:
– Tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün
təkmilləşdirici təkliflərin hazırlanması;
– Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflərin hazırlanması və
müvafiq qərarların qəbul edilməsi;
– Mərkəzin sturktur vahidlərinin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin
hazırlanması və müvafiq qərarların qəbul edilməsi;
– Xarici magistrant və doktorantların qəbulu ilə bağlı kvotaların müəyyənləşdirilməsi;
– İkili proqramlar və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyətlərə dair təkliflərin
hazırlanması və müvafiq qərarların qəbul edilməsi.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?