– Magistr proqramlarına Azərbaycan Respublikası vətəndaşlarının qəbulu təhsil qanunvericiliyinə müvafiq qaydada, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistraturaya qəbul imtahanlarının nəticələri əsasında həyata keçirilir.
– Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin magistraturaya və doktoranturaya qəbulu isə Universitetin əcnəbi magistrantların və doktorantların qəbul qaydalarına uyğun olaraq aparılır. Qəbul üçün tələb olunan sənədlər və qəbul qaydaları Universitet tərəfindən müəyyən edilir.
– Sertifikat əsaslı proqramlara magistrant qəbulu, Mərkəzin direktorunun Mərkəzin Elmi Şurasının üzvləri arasından seçdiyi şəxslərdən təşkil olunan komissiya tərəfindən həyata keçirilir.