Karyera Mərkəzi 26 noyabr 2008-ci ildə yaradılmışdır. Mərkəz UNEC, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Mərkəzə 2018-ci ilin oktyabrına kimi Fuad Əliyev rəhbərlik edib. Hazırda mərkəzin direktoru Ramil Cabbarovdur.
Gənclər üçün Karyera Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.
BUKLET
MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
1. İş həyatına hazırlıq;
2. Bacarıqların təkmilləşdirilməsi;
3. İş dünyası ilə əlaqələrin gücləndirilməsi;
4. Məzunlarla əlaqələr
1. İş həyatına hazırlıq
Karyera Kouçinq və Mentorluq dəstəyi
Tələbələrin Karyera Profilinin yaradılması
İş müsahibələrinin simulasiyalarının keçirilməsi
İş dünyasının tələblərinə uyğun təlimlərin təşkili
Uğur hekayəsi ilə fərqlənən şəxslərlə görüşlər
CV, tövsiyə və istək məktublarının hazırlanmasına
köməkliyin göstərilməsi
İş görüşməsindən öncə psixoloji seminarların təşkili
Virtual Müəssisədə tələbələrin təcrübə qazanmasına
şəraitin yaradılması
job.unec.edu.az portalına tələbələri təşviq etməklə real iş
təkliflərini dəyərləndirməsi
2. Bacarıqların təkmilləşdirilməsi
Liderlik, bədən dili, natiqlik, stress menecment, ünsiyyyət bacarıqları, iş mühitinə adaptasiya, vaxtın idarə edilməsi, korporativ yazışma texnikaları üzrə workshopların təşkili
Komanda işi və layihələrin idarə edilməsi üzrə simulasiya yarışların təşkili
Xarici dillər üzrə danışıq klublarına tələbələrin cəlb edilməsi
“UNEC2B” Platformasında nəzərdə tutulan təkmilləşmə servislərinin həyata keçirilməsi
3. İş dünyası ilə əlaqələrin gücləndirilməsi
Hər ay 5 fərqli sektordan olan şirkətin Karyera Gününün keçirilməsi
Şirkətlərin mütəmadi infosessiyalarını keçirməklə tələbələrlə-iş dünyası arasında informasiya mübadiləsinə nail olunması
Şirkət rəhbərliyindəki şəxslərlə tələbələrin görüşlərinin təşkili
Tələbələrin şirkətlərdəki iş prosesini yaxından izləməsi üçün infoturların təşkili
Əməkdaşlıq müqavilələrində nəzərdə tutulan istiqamətlər üzrə fəaliyyətlərin icrası
Şirkətlərin dəstəyi ilə “Karyera Kitab Fondu”nun formalaşdırılması
job.unec.edu.az portalından istifadəyə şirkətlərin təşviq edilməsi.
4. Məzunlarla əlaqələr
Məzunlar platformadan qeydiyyat keçərək gələcək bildirişlərdən xəbərdar olur
Yalnız UNEC Məzunlarına aid müxtəlif imkanlara sahib olur
Şirkət və qurumların İnsan Resursları şöbələri ilə əlaqə yaradaraq UNEC Məzunları barədə məlumatların toplanılır və izlənilir
Hər il UNEC Məzunlarının Böyük Toplantısı təşkil edilir
UNEC Məzunlarına döş nişanlarının hədiyyə edilir
UNEC Məzunlarının ilboyu kiçik (fakültə, qrup) toplantıları keçirilir
İctimaiyyəti daimi olaraq məzunlarımız və onları karyera uğurları barədə məlumatlandırılır
Məzunlar arasında “Business & Networking” görüşləri keçirilir
Məzunlar və tələbələrin bir araya gəldiyi “Məzun Panelləri” təşkil edilir
Müyyən zamanlarda məzunların Rektorla görüşlərinin təşkili
Məzunların Yeni il və digər bayramlarda görüşləri təşkil edili