Elm fəaliyyətinin təşkili və idarə edilməsi
- Universitetin professor-müəllim heyətini aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb etməklə onları ölkədə və dünyada mövcud elm və innovasiya proseslərinə cəlb etmək, həmçinin bu istiqamətdəki fəaliyyətdə tələbə heyətinin iştirakını da təmin etmək;
- Universitetdə iqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən istifadə etmək;
- Müasir elmi-innovativ metodları tədqiqat prosesində və təhsil sistemində tətbiqini təşkil etmək;
- Universitetin elmi-tədqiqat sisteminin idarə olunmasını təkmilləşdirmək;
- Universitetin professor və müəllim heyətinin elmi intellektinin və bacarıqlarının daim artırılması istiqamətində imkanlarını araşdıraraq, onların bundan istifadəsini asanlaşdırmaq;
- Elmi məktəb və istiqamətləri formalaşdırmaq;
- Elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən edilməsi;
- Universitetdə doktorluq dissertasiya işlərinin hazırlanması, müdafiəsi və idarə olunması işlərini təşkil etmək və bunu beynəlxalq standartlara uyğunlaşdırmaq;
- Dünyanın bir sıra ölkələrində mövcud olan universitetlərin müvafiq qurumları ilə əməkdaşlığı genişləndirməklə müasir elmi təcrübələrin universitetə gətirilərək tətbiqinə çalışmaq;
- Qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək universitetdə elmin maddi-texniki bazasını formalaşdırmaq və inkişaf etdirmək;
- İqtisad elmi ilə bağlı nəşrlərin hazırlanmasını, yayılmasını, konfransların, seminarların və digər elmi tədbirlərin keçirilməsini təşkil etmək;
- Universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya və ilkin məsləhətlər vermək;
- Azərbaycan və beynəlxalq təşkilatlar tərəfindən elan olunan elmin inkişafı ilə bağlı qrant müsabiqələrində universitetin əməkdaşlarının iştirakı məqsədilə bu barədə onları mütəmadi məlumatlandırmaq və layihələrin hazırlanmasında məsləhət vermək;
- Universitetin professor və müəllim heyətinin respublikadaxili və xarici ölkələrdə keçirilən konfranslarda, seminarlarda, treyninqlərdə və bu kimi digər tədbirlərdə iştirakını təmin edərək onları elanlar barəsində məlumatlandırmaq.