Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

ƏLAQƏ

Ünvan: AZ 1001, Bakı şəhəri, Həsən Əliyev, 135, II saylı tədris binası

ƏMƏKDAŞLAR

Mərkəzin rəhbəri:
dos. Əhmədov Fariz Saleh oğlu
Əlaqə telefonu:
+(994) 12 449-91-13
e-mail:
[email protected]

Rəhbər müavini:
i.f.d. dos. Hüseynli Aytən Təyyar qızı
Əlaqə telefonu:
+(994) 12 440-66-32
e-mail:
[email protected]

Maliyyə və mühasibat fakültəsi

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri

Mərkəzin rəhbəri: i.f.d., dosent Fariz Saleh oğlu Əhmədov
e-mail:[email protected]

1983-cü il aprel ayının 5-də Gəncə şəhərində anadan olmuşdur. Bakalavr təhsilini 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə” fakültəsində, magistr təhsilini isə 2003-2005-ci illərdə Türkiyənin “Sakarya Universiteti”ndə almışdır. 2006-2010-cu illər arasında, Türkiyədə Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə doktorantura təhsili alıb.

Doktoranturada oxuduğu müddətdə Sosial Elmlər İnstitutunda ictimai əsaslarla mütəxəssis tədqiqatçı vəzifəsində işləmişdi.  2010-cu ildə  “Azərbaycanın milli rəqabət gücü: TOWS matrisi və almaz modelli bir analizi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır (Diplom AAK tərəfindən təsdiqlənib). Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə” fakültəsində müəllim kimi başlamış, daha sonra baş müəllim və kafedra müdiri müavini vəzifələrində çalışıb. 2014–2017 – ci illər “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri vəzifəsində işləmişdir.

2016 – cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilmişdir. 2016 – cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələrinin qalibi olmuşdur. Dünyanın bir çox ölkəsinin elmi jurnallarında və elmi konfrans materiallarında məqalələri nəşr olunub.

1999 – cu ildən etibarən dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Braziliya, Malayziya, Tailand, Avropa, Afrika, Post Sovet ölkələrində və. s) 60-dan çox beynəlxalq, otuza yaxın yerli müxtəlif mövzularda sertifikatlı seminarlarda, elmi konfranslarda, təhsil kurslarında, tələbə forumlarında, yaz universitetlərində iştirak etmişdir. O, bir çox yerli və beynəlxalq layihələrdə tədqiqatçı və layihə rəhbəri vəzifələrini icra etmişdir. Fariz Əhmədov dünyanın bir çox nüfuzlu elmi konfranslarının və elimi jurnallarının elm və təşkilat komitəsinin üzvü və sədridir.  “Strateji idarəetmə”, “Mikro iqtisadiyyat”, “Tədqiqat metodları”, “Qlobal iqtisadiyyat” və “Biznesin əsasları” dərslərini tədris edir. Bir dərs vəsaiti bir dərslik və beş tədris proqramının müəllifidir. 2016-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru və UNEC Elmi Şurasının üzvüdür.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?